...

Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb (FOTO)

Cəmiyyət Materials 29 May 2025 15:51 (UTC +04:00)
Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Mayın 29-da doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb. Bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Trend xəbər verir ki, mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti