...

Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Cəmiyyət Materials 30 May 2025 07:56 (UTC +04:00)
Bu gün şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Bakı. Trend:

2024-2025-ci tədris ilinin ikinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, bu gün saat 17:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə Trend-ə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, valideynlər bu günə qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməli idilər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edilir ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti