...

Ağcabədidə vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub

Cəmiyyət Materials 30 May 2025 09:26 (UTC +04:00)
Ağcabədidə vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ağcabədidə vətəndaşları məktəbdə işə düzəldəcəyini vəd edərək dələduzluq edən şəxsə hökm oxunub.

Trend-in məlumatına görə,təqsirləndirilən şəxs 2023-cü ildə silsilə dələduzluqlar törədib

Təqsirləndirilən şəxs ilk dələduzluğu da elə öz bibisi oğluna qarşı törədib. Belə ki, o ilk zərərçəkmişi Ağcabədi rayon Poladlı kənd tam orta məktəbində işə düzəldəcəyi adı ilə yalan vəd verərək 5000 manat pulunu ələ keçirib. Daha sonra o bibisi oğlunun həyat yoldaşını da Poladlı kənd tam orta məktəbinə düzəldəcəyini vəd edərək 5000 manat dələduzluq edib. Təqsirləndirilən şəxs daha bir tanışının həyat yoldaşını həmin məktəbdə işə düzəldəcəyini vəd edərək 4700 manat dələduzluq edib. Şəxs bundan sonra başqa bir tanışının da qızını sözügedən məktəbdə işə düzəldəcəyi ilə bağlı vəd verərək ayrı-ayrı vaxtlarda 4000 və 2000 manat dələduzluq edib.

Bu təqsirləndirilən şəxsin yeganə dələduzluq əməli deyil. Belə ki, 05 aprel 2024-cü il tarixdə digər bir zərərçəkmişi 36 baş xırdabuynuzlu heyvanları dəyərindən baha qiymətə, yəni 13000 manata razılaşaraq heyvanları damazlıq saxlamaq üçün alacağını və pulunu 18 aprel 2024-cü il tarixədək kredit götürüb verəcəyini vəd verib. Lakin 2 gün sonra İmişli rayonu ərazisində yerləşən mal-qara alqı-satğısı bazarında real dəyərindən ucuz qiymətə, yəni 8000 manata sataraq, vədinə əməl etməyib. Təqsirləndirilən şəxs ümumilikdə vurulmuş 31700 manat ziyandan 14700 manatının ödənilməsini həyata keçirib.

Ağcabədi rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmə cəzası verilib. Təqsirləndirilən şəxsin həbs olunduğu müddətin əvvəli, yəni 29 avqust 2024-cü il tarixdən hesab ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti