Bakı. Trend:
Bu gün Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Bunun təbii olaraq bir müsbət faydası var ki, süni torpaq sahələri əmələ gəlir. Bundan da səmərəli istifadə etmək imkanı yaranır. Amma Xəzər bizə dəniz kimi lazımdır.
Gözümüzün qarşısında Urmiya faciəsi durur. Düşünməməliyik ki, bu faciə Xəzərə öz təsirini göstərməyəcək. Hesab edirəm ki, bölgə dövlətləri ilə bu məsələni ən vacib strateji kurs olaraq götürməli, səylərimizi artırmalıyıq.
Əksər bölgələrdə quyularda su qalmayıb və Xəzərin geri çəkilməsi ciddi problem yaradır. Həmçinin, balıqçılıqla məşğul olanlar üçün də ciddi təhüləkdir. Böyük ekologi fəlakətlə üz-üzəyik”, - deyə deputat qeyd edib.