Bakı.Trend:
“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmi Ermənistan mətbuatında böyük qalmaqala səbəb oldu.
Bu barədə Trend-ə açıqlamasında Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımov deyib.
O bildirib ki, 2023-cü Elmi Araşdırmalar İctimai Birliyi də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin qalibi oldu:
“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmi hazırladıq. Sənədli filmdə tamamilə İrəvan şəhərinin mədəni irsi, tarixi abidələri, ziyalıları, xanları və bəylərinin taleyi ilə bağlı olan məlumatlar əks olundu. Ermənistan mediasında və manşetlərində hazırladığımız filmlə bağlı tənqidedici fikirlər səsləndirilirdi. Onlar bu faktların necə əldə edilməsinə təəccüblənirdilər”.
“Mən uzun müddət ərzində erməni dilində olan həmin arxiv sənədləri toplamışdım. Burada həm də keçmiş zamanlarda olan faktlardan da istifadə edilmişdi. Filmdə ermənilərin özlərinin İrəvanın türk müsəlman şəhəri olduğunu etiraf etmələri görünürdü.
Bütövlükdə bu sənədli film təkcə Azərbaycanda maraqla qarşılanmadı, həm də bizə düşmən kəsilən Ermənistanda da ajiotaja səbəb oldu. Sənədli filmin hazırlanmasında ortaya qoyulan arxiv sənədlər və fotoların böyük effekti oldu”, - T.Qasımov bildirib.