...

Bakıda bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxılmaldır – Deputat

Cəmiyyət Materials 11 İyun 2025 16:24 (UTC +04:00)
Bakıda bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxılmaldır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məktəbəqədər yaşlı 650 min uşaq var. Onlardan yalnız 120 mini dövlət müəssisələrində təhsil alır. Digər uşaqlar ya bu prosesdən kənarda qalır, ya da müəyyən özəl müssisələrdə, kurslarda təhsil alırlar. Biz bu rəqəmləri kütləvi surətdə artırmalıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Milli Strategiyaya görə, məktəbəqədər hazırlıq səviyyəsi 50, BMT standratlarına görə isə, 90 % olmalıdır.

“Təəssüf ki, biz hələ bu rəqəmlərə çata bilməmişik. Qanuna təklif edilən dəyişikliklər həmin imkanları genişləndirir, əhatəni artırır, özəl müəssisələri də bu prosesə cəlb edir. Bakıda bağçaların, kursların, məktəbəqədər hazırlıq müssisələrinin sayını artırmaq istəyiriksə, tikinti standartlarına yenidən baxmalıyıq. Çünki SSRİ dövründə qəbul olunmuş tikinti standartları müsasir məktəbəqədər hazırlıq müsəssisələrinin inkişafına maneələr, məhdudiyyətlər yaradır, müasir Bakının urbanistika qaydalarına cavab vermir”, - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti