Bakı. Trend:
Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrü respublika onkologiyasının yüksəliş mərhələsi kimi səciyyələndirilir.
Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Nazirin sözlərinə görə, həmin illərdə Azərbaycanda onkologiyanın inkişafına təkan verən amillərdən biri Ulu Öndərin şəxsi təşəbbüsü ilə SSRİ-nin aparıcı onkoloji mərkəzlərində respublika üçün mütəxəssislərin hazırlanması olub:
“Məhz həmin alimlər sonralar ölkəmizdə səhiyyənin və təbabət elminin, xüsusilə də onkologiyanın inkişafında mühüm rol oynayıblar”.