...

“Elektron Hərrac Portalı” vasitəsilə 100 milyon manatlıq əmlakın realizəsi həyata keçirilib

Cəmiyyət Materials 13 İyun 2025 15:23 (UTC +04:00)
“Elektron Hərrac Portalı” vasitəsilə 100 milyon manatlıq əmlakın realizəsi həyata keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin sonunda Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə 6 ay ərzində ümumi dəyəri 100,000,000 AZN-dək olan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayana təklif edilməsi).

Nazirlikdən Trend-ə verilən məlumata görə, nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.

Tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308 fiziki və hüquqi şəxs iştirak edib.

Hazırda Portalda elan mərhələsində 58, davam edən isə 47 hərrac mövcuddur.

Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər və əlçatandır. Qanunvericiliyə əsasən, elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə bilərlər.

Qeyd edilib ki, elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və hərrac elanları ilə Portalın saytı və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti