...

Gürcüstanda ilk dəfə Azərbaycan dili üzrə Regional Olimpiada keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2025 19:48 (UTC +04:00)
Gürcüstanda ilk dəfə Azərbaycan dili üzrə Regional Olimpiada keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda azərbaycandilli məktəblərin şagirdləri arasında ilk dəfə Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Maarif” təşkilatının rəhbəri, gənc fəal Aygül İsayeva ölkədəki azərbaycandilli 116 məktəbdə seçim turlarının keçirilidiyini və 105 şagirdin yekun tura vəsiqə qazandığını bildirib.

Yekun tur Marneuli şəhərindəki Azərbaycan Evində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinə marağın artması, ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsidir. Eyni zamanda, şagirdlərə dil bilikləri ilə yanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq.

Qeyd edək ki, bu cür tədbirlər Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın güclənməsinə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti