Bakı. Trend:
Peşə təhsili üzrə yeni təhsil islahatı hazırlanır.
Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu islahatın həyata keçirilməsi ilə artıq bir sıra yeni ixtisaslar üzrə qəbullar aparılacaq, bəziləri isə tamamilə qəbuldan çıxarılacaq.
Direktor qeyd edib ki, sənətkarlıq istiqamətində olan ixtisaslara maraq azdır.