...

Bu il azad olunmuş ərazilərdə məşğulluğu təmin edilən vətəndaşların sayı açıqlandı

Cəmiyyət Materials 23 İyul 2025 10:36 (UTC +04:00)
Bu il azad olunmuş ərazilərdə məşğulluğu təmin edilən vətəndaşların sayı açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin 18 iyul tarixinə azad edilmiş ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən məşğulluğu təmin olunmuş şəxslərin sayı ümumilikdə 4863 nəfər təşkil edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 3746 nəfər müvafiq qaydada işlə təmin olunub, 350 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib, digərləri fərdi qaydada özünüməşğul olanlardır.

Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 223 nəfər peşə hazırlığına cəlb olunub, daha 638 nəfərin məşğulluğunun təmin olunması ilə bağlı iş aparılır.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti