...

Magistraturaya elektron sənəd qəbulu başlanır - BU TARİXDƏN

Cəmiyyət Materials 23 İyul 2025 15:38 (UTC +04:00)
Magistraturaya elektron sənəd qəbulu başlanır - BU TARİXDƏN
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat yayıb.

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti