...

Qadınların startap layihələrində iştirakı bərabərlik baxımından çox vacibdir - Bahar Muradova

Cəmiyyət Materials 24 İyul 2025 12:20 (UTC +04:00)
Qadınların startap layihələrində iştirakı bərabərlik baxımından çox vacibdir - Bahar Muradova
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Qadınların startap layihələrində iştirakı bərabərlik baxımından çox vacibdir.

Trend xəbər verir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti fəaliyyətinin bütün istiqamətlərində insan yönümlü siyasət yürüdür:

"Azərbaycan vətəndaşlarının bugünkü imkanlardan daha yaxşı istifadə etməsi üçün çətinlikləri aradan qaldırmaq, eyni zamanda, yeni texnologiyaların yaratdığı imkanlardan bərabər istifadəni təmin etmək zəruridir.

Bugünkü layihə də məhz bu hədəflərə yönəlib. Azərbaycan iqtisadi, siyasi, sosial həyatında bütün vətəndaşların rolu vardır".

B.Muradova qeyd edib ki, indiyə qədər İKT sahəsində bir sıra layihələr icra edilib:

"Bu sahədə daha çox uşaqlar və gənclərin startap layihələrini təqdim etməsi üçün imkan yaradılıb. Bizim artıq çox yaxşı nəticələrimiz var. Amma qadınların bu prosesdə iştirakı bərabərlik baxımından çox vacibdir. Cəmiyyətə, xalqa töhfə verməsi üçün belə layihələrin icrası vacibdir. Süni intellektin insan əməyini əvəz etdiyi dövrdə biz insanların texnologiyalara əlçatanlığının təmin edilməsinə çalışmalıyıq. Qadınların bu sahəyə çox böyük marağı var. Qadınlarən rolu kiçik və orta sahibkarlıqda artır".

"Ümumiyyətlə qadınlar dünyada elm və texnologiya sahəsində 28 faiz, rəqəmsal texnologiyalar sahəsində isə 22 faiz yer tuturlar. Azərbaycanda isə qadınlar İKT sahəsində 30 faiz yerə malikdir. Bu rəqəmlər bizi sövq edir ki, belə layihələri icra edək", -Komitə sədri qeyd edib.

Komitə sədri deyib ki, layihəyə 44 subyekt layihə təqdim edib:

"Layihələr cəmi 17 günə təqdim olunub. Bu 44 nəfəri qalib hesab edirəm. Burada finala çıxan 11 layihəyə baxılıb, üç nəfər qalibdir. Amma 11 nəfərin layihələrinə diqqət olunmalıdır. Bu məsələ Azərbaycan dövlətinin diqqətindədir".

Xəbər lenti

Xəbər lenti