...

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ

Cəmiyyət Materials 4 Avqust 2025 15:34 (UTC +04:00)
21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.

2025-ci ilin yanvar - iyul ayları ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 1137 təhsil müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlərin nəticələrinə əsasən, ümumi təhsil müəssisələrinin rəhbərləri barəsində 383 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 21 müəssisə rəhbərinin əmək müqaviləsinə isə xitam verilib.

Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib.

Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələtinə əsasən isə müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda töhmət, xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi tədbirləri tətbiq olunub.

Qeyd edirik ki, monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb.

Xəbər lenti

Xəbər lenti