...

Möminə xatun türbəsinin bərpasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2025 16:46 (UTC +04:00)
Möminə xatun türbəsinin bərpasına başlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında imzalanmış müqaviləyə əsasən 05 avqust 2025 ci il tarixdə şirkətin işçi qrupu Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb.Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti