...

Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb

Cəmiyyət Materials 7 Avqust 2025 11:53 (UTC +04:00)
Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusununun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti