Bakı. Trend:
“Bağırov” körpüsünün üzərindəki geri dönmədə hərəkət tam məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 12 avqust saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd dilib.