...

Qaradağda yolda təhlükə yaradan sürücü stasionar postda saxlanıldı

Cəmiyyət Materials 12 Avqust 2025 13:22 (UTC +04:00)
Qaradağda yolda təhlükə yaradan sürücü stasionar postda saxlanıldı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

bakı.Trend:

Yolda təhlükə yaradan sürücü stasionar postda saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda “Ford” markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Baş Dövlət Yol Polisi İdarəsində araşdırılıb.

Məlumata görə, araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti