...

Qubada iki nəfər saxlanılıb

Cəmiyyət Materials 13 Avqust 2025 08:56 (UTC +04:00)
Qubada iki nəfər saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov tutulub.

Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, onlardan külli miqdarda psixotrop maddə — metamfetamin, heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti