Bakı. Trend:
Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə, ölkəmizin zəngin biomüxtəlifliyinə, eləcə də iqlim dəyişikliyinin ətraf mühitə və xüsusilə Xəzər dənizinə olan təsirlərinə həsr olunmuş foto sərgi nümayiş etdirilib.
Trend xəbər verir ki, sərgi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, COP29 Prezidentliyi və Azərbaycanın Fransadakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbir iştirakçıları, o cümlədən beynəlxalq nümayəndə heyətləri sərgi ilə yaxından tanış olublar. COP29 Prezidenti və Azərbaycanın iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək ölkəmizin yaşıl inkişaf strategiyası, ekoloji bərpa və iqlim diplomatiyası istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
 
                                     
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            