...

Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 3 Noyabr 2025 17:19 (UTC +04:00)
Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydalarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxil edilib:

  • digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddəti
  • dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı;

Sözügedən dəyişiklik “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” və “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”na da şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti