...

Yessenov Universitetində Zəfər Gününə həsr olunan açıq dərs keçirilib

Cəmiyyət Materials 11 Noyabr 2025 01:27 (UTC +04:00)
Yessenov Universitetində Zəfər Gününə həsr olunan açıq dərs keçirilib

Bakı. Trend:

Qazaxıstanda fəaliyyət göstərən Yessenov Universitetində 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan açıq dərs keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dərsdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycanın qəhrəmanlıq ruhuna və ədalətin bərpasına həsr olunan videoçarx göstərilib.

Universitetin Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov açılış nitqində Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini, xalqımızın qüdrət, birlik və ədalət rəmzinə çevrildiyini vurğulayıb. Direktor tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, milli kimliyin və tariximizin təbliğinin mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Görüşün xüsusi məqamlarından biri Vətən müharibəsinin iştirakçısı, universitetin tələbəsi Vüsal Məhərrəmlinin çıxışı olub. O, şəxsi xatirələrini bölüşərək gənc nəsli vətənə məhəbbət, dözüm və sülhə inam duyğularına səsləyib. Onun səmimi və ruhlandırıcı çıxışı iştirakçılarda dərin təəssürat yaradıb.

Gənclər Zəfər Gününün təkcə şanlı keçmişimizin xatirəsi deyil, həm də azad və firavan Azərbaycanın gələcəyi qarşısında məsuliyyət hissi olduğunu diqqətə çatdırıblar.

Xəbər lenti

Xəbər lenti