...

FHN dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Cəmiyyət Materials 12 Noyabr 2025 09:21 (UTC +04:00)
FHN dumanlı hava ilə bağlı kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır:

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti