...

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb

Cəmiyyət Materials 14 Noyabr 2025 10:27 (UTC +04:00)
Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxs saxlanılıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxsdən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti