...

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkibi təsdiqlənib

Cəmiyyət Materials 1 Dekabr 2025 16:07 (UTC +04:00)
Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarının tərkibi təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibi aşağıdakı kimi olacaq:

  • Mübariz Əhmədov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
  • Elçin Xələfov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru
  • Yaqub Qurbanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin rəisi – xidmət rəisinin müavini
  • Mahir Yolçuyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi
  • Elnur İbrahimov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin Qiymətləndirmə şöbəsinin rəisi
  • Mirnağı Seyidov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Analitik iş idarəsinin qrup rəhbəri (analitik iş və statistika üzrə)
  • Aytəkin Qasımova - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu, Azərbaycan Notariat Palatası İdarə heyətinin üzvü
  • Lalə Nağıyeva - Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
  • Fuad Hüseynov - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

Digər qərarla Xüsusi İcra Məmurlarının İntizam Komissiyasının tərkibi aşağıdakı kimi təsdiqlənib:

  • Toğrul Hüseynov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
  • Səkinə Əliyeva - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini
  • Fəqan Şabanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin rəis müavini
  • Seymur Səfərov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəis müavini
  • Pərviz Əliyev - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin Hüquqi şəxslər və inzibati orqanlarla iş şöbəsinin rəisi
  • Hüseyn Məmmədov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin qrup rəhbəri (regional ədliyyə idarələri üzrə)
  • Tufan Məmmədov - Bakı şəhəri 48 saylı notariat ofisinin xüsusi notariusu
  • Cavid Alıyev - Vəkillərin İntizam Komissiyasının sədri
  • Rəna Qafarova - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi

Məlumat üçün bildirək ki, hər iki qərar 2025-ci il noyabrın 28-də qəbul edilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti