Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından
"20 Yanvar" metro stansiyası istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
10. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən
"Statistika" dairəsi istiqamətində;
11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid
Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi
Bank istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli
məktəb-lisey istiqamətində;
16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə
Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.
