...

Mənimsəmədə təqsirləndirilən lisey direktoru şərti azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 5 Dekabr 2025 18:21 (UTC +04:00)
Mənimsəmədə təqsirləndirilən lisey direktoru şərti azadlıqdan məhrum edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazax Peşə liseyinin sabiq direktoru Xudaverdi Xudaverdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib.

Xəbər lenti

Xəbər lenti