...

ÜƏMT olaraq Azərbaycanı əməkdaşlığa dəvət edirik - Ulrike Till

Cəmiyyət Materials 9 Dekabr 2025 11:15 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Əqli mülkiyyət xərc deyil, strateji aktivdir. Süni intellekt inkişaf edəcək, bizim müştərək çağırışımız alqortimlərin arasında insanlığı itirməməkdir.

Trend xəbər verir ki, bunu ÜƏMT-nin Əqli Mülkiyyət və Qabaqcıl Texnologiyalar departamentinin direktoru Ulrike Till bu gün Bakıda Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən keçirilən “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da artıq dövlət xidmətləri, səhiyyə, elm və təhsil sahələrində süni intellekt reallığı yaranıb:

"Suni intelekt artıq Azərbaycanda tədqiqat laboratoriyalarının, çoxsaylı startapların gündəlik fəaliyyətinə daxil olub. Azərbaycandan olan inovatorları, tədqiqatçıları, dövlət qurumlarını bizim resurslardan istifadəyə, bizimlə əməkdaşlığa dəvət edirik. Süni intellektdən istifadə üçün əqli mülkiyyət imkanları genişlənməlidir. Süni intellekt əqli mülkiyyət qarşısında bir sıra suallar qoyur. Konfransda bu suallar ətrafında muzakirələr aparacağıq. Texnologiya ilə ayaqlaşan qlobal əqli mülkiyyət sistemi təşkil edə bilmək bizim əsas məqsədimizdir. İnovator və müəlliflər bundan faydalana bilməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti