Bakı. Trend:
Bakının Pirşağı qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunun Ə.Əliyev, Y.V.Çəmənzəmənli, A.Nemətulla, F.Yusifov, V.Əmirsayadov, H.Mirzəyev, R.Şıxəliyev və Z.Yusifzadə küçələrinin, Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələrinin, R.İsmayılov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq
