...

Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini fərqliliklərə hörmətlə yanaşan ölkədir - Ramin Məmmədov

Cəmiyyət Materials 24 Dekabr 2025 10:16 (UTC +04:00)
Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini fərqliliklərə hörmətlə yanaşan ölkədir - Ramin Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bugünkü tədbirimiz 2024-cü ildə təməli qoyulmuş mühüm bir ənənənin məntiqi davamı olmaqla yanaşı, dövlət-din münasibətlərinin sağlam və davamlı inkişaf xəttinin bariz göstəricisidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Ramin Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin ötən il keçirilmiş forumun iştirakçılarına müraciəti ideoloji məzmun və konseptual mahiyyətinə görə bir neçə vacib istiqaməti əhatə edirdi:

“Məhz həmin müraciətdə ifadə olunan strateji hədəflər ötən bir il ərzindəki fəaliyyətimizə istiqamət vermiş və bizi bugünkü Forumu təşkil etməyə ilhamlandırmaqla yanaşı, onun gündəliyini də müəyyənləşdirmişdir.

Geridə qalan dövr aydın şəkildə göstərdi ki, Prezident İlham Əliyev tərəfindən vurğulanan hədəflər sistemli və davamlı fəaliyyət üçün mükəmməl yol xəritəsidir və bundan sonra da atacağımız addımlarda əsas istinad nöqtəsi olmalıdır.

Müraciətin verdiyi əsas mesajlardan biri bundan ibarət idi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini fərqliliklərə hörmətlə yanaşan ölkədir. Bizim Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olmuşdur. İkinci vacib mesaj bundan ibarət idi ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti