...

İsrailin ölkəmizdəki səfiri 4 nömrəli internat tipli məktəbdə Musiqi Otağının açılışında iştirak edib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2025 13:24 (UTC +04:00)
İsrailin ölkəmizdəki səfiri 4 nömrəli internat tipli məktəbdə Musiqi Otağının açılışında iştirak edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Azərbaycandakı Səfirliyi və İsrailin Regional Əməkdaşlıq Nazirliyinin birgə təşəbbüsü ilə 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışı olub.

Trend xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün İsrail Dövlətinin Bakıdakı Səfirliyi və İsrailin Regional Əməkdaşlıq Nazirliyinin birgə təşəbbüsü ilə 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışında iştirak etmək bizim üçün böyük şərəf oldu. Yenilənmiş bu məkan şagirdlərə musiqi terapiyasının müasir üsullarından faydalanmaq imkanı yaradacaq, onların rifahına, inkişafına və yaradıcılığına dəstək verəcəkdir.

Səfir Ronen Krausz tədbirdə çıxış edərək vurğuladı: “İsrail Dövləti Azərbaycanla bütün sahələrdə mövcud olan əla münasibətlərindən qürur duyur və biz əməkdaşlığımızı, xüsusilə sosial rifah və icma dəstəyi sahələrində daha da gücləndirməyə sadiqik.” Layihə boyunca göstərdiyi dəyərli dəstəyə və əməkdaşlığa görə məktəbin direktoru Vəfa Seyidovaya səmimi təşəkkürümüzü bildiririk, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti