...

Qadınların kiçik bizneslər üçün maliyyə imkanlarına çıxışı təmin ediləcək

Cəmiyyət Materials 29 Dekabr 2025 16:43 (UTC +04:00)
Qadınların kiçik bizneslər üçün maliyyə imkanlarına çıxışı təmin ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qadınlar üçün mikroiqtisadi və idarəetmə təlimlərinin təşkili və onların kiçik bizneslər üçün maliyyə imkanlarına çıxışı təmin ediləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, özünüməşğulluq proqramına cəlb olunan qadınların sayının artırılması, qadınlar üçün mikroiqtisadi və idarəetmə təlimlərinin təşkili və sahibkarlıqla məşğul olan qadınların sayının artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti