Bakı. Trend:
Media subyektlərində gender bərabərliyinin təşviqi həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, media subyektlərində qadın və kişi təmsilçiliyi ilə bağlı vəziyyətin öyrənilməsi, media subyektlərində gender bərabərliyinin təşviqi üzrə təlimlərin keçirilməsi və keçirilmiş təlimlərin media subyektlərində gender bərabərliyi təmin olunmasına təsirlərinin öyrənilməsi planlaşdırılır.
