Bakı. Trend:
Media nümayəndələrinin gender məsələlərinə həssaslığı artırılacaq və müvafiq sahələrdə uğur qazanmış qadın obrazı təşviq ediləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, media nümayəndələri üçün gender həssaslığının artırılması üzrə təlimlərin keçirilməsi, gender bərabərliyi ilə bağlı mesajlar verən media məhsullarının hazırlanması və mediada gender bərabərliyi prinsipinə əməl edilməklə yayımlanan media məhsullarının sayının artması planlaşdırılır.
