...

Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara çağırış edib

Cəmiyyət Materials 3 Yanvar 2026 11:02 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi vətəndaşlara çağırış edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarından Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir. Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq.

Trend xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bəyan edib.

Bildirilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

"Kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti