...

Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb

Cəmiyyət Materials 7 Yanvar 2026 10:59 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Bildirilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti