...

Bu pensiyalar 53 manat artırılır

Cəmiyyət Materials 21 Yanvar 2026 14:56 (UTC +04:00)
Bu pensiyalar 53 manat artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il üçün 5-ci sosial islahatar zərfi qəbul edilib, ötən ildə minimum əməkhaqqı 16 %, pensiyaların minimum məbləği isə 14,3 % artıb, 3 milyondan çox vətəndaşın sosial rifah halının yüksəlməsi təmin edilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq ölkədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8,5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir.

“2018-2025 ci illər ərzində minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərin məbləği 5 dəfə, ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb”.

Millət vəkili xatırladıb ki, 2026-cı ilin büdcəsində sosial xərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçün ümumilikdə 17,1 milyard manat nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin təxminən 41 %-ni təşkil edir:

“Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır”.

M.Quliyev qeyd edib ki, əvvəlki illərdə olduğu kimi cari ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti 50,4 % olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti