Bakı.Trend:
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Trend-in məlumatına görə, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub.
Araşdırma aparılır.
