Bakı. Trend:
Prokuror uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirəcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə qəyyumluq və himayəçilik orqanı, Ailə Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş hallarda prokuror nəzarət edəcək.
