Bakı. Trend:
Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanvarın 28-də saat 10:00-dan etibarən Stansiya Qala yaşayış massivində qazın verilişi dayandırılacaq.
