...

Xırdalanda kişi dəm qazından boğularaq həyatını itirdi

Cəmiyyət Materials 28 Yanvar 2026 08:56 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xırdalanda dəm qazından zəhərlənmə ilə nəticələnən ölüm hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Məlumata görə, Qənbərov Rahib Xeyrulla oğlu yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti