...

2025-ci ildə nəqliyyat hadisələri daha çox bu ərazilərdə qeydə alınıb

Cəmiyyət Materials 28 Yanvar 2026 09:46 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend

Paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.

Bu qəzaların təhlili göstərib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir.

Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti