...

Küləklə bağlı narıncı xəbərdarlıq edildi

Cəmiyyət Materials 2 Fevral 2026 16:47 (UTC +04:00)
Küləklə bağlı narıncı xəbərdarlıq edildi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 3-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti