Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin rəhbərliyi ilə keçirilən iclasda xidmət təşkilatlarının rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz rayonunda həyata keçiriləcək abadlıq, quruculuq və tikinti işləri ilə bağlı geniş məlumat verib.
Həmçinin vətəndaşlar tərəfindən səyyar qəbullarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərin məruzələri dinlənilib. Şəhər, qəsəbə və kəndlərdə ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən sanitar-təmizlik işlərinin nəzarətdə saxlanılması, yaşıllıqların qorunması və qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilib.
İşində nöqsanlara yol verən rəhbər şəxslərə ciddi xəbərdarlıq edilib.