...

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalandı

Cəmiyyət Materials 11 Fevral 2026 17:47 (UTC +04:00)
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalandı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti