...

"Koroğlu" metrosundan Hava limanı istiqamətində hərəkət bərpa edildi (YENİLƏNİB)

Cəmiyyət Materials 15 Fevral 2026 08:04 (UTC +04:00)
"Koroğlu" metrosundan Hava limanı istiqamətində hərəkət bərpa edildi (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Koroğlu” metro stansiyasından (Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

xxx

00:21

Hal-hazırda Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsinin söküntü işləri aparılır.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən “Koroğlu” metro stansiyasından (Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti