...

DÖVLƏT ORQANLARI VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İŞÇİ QRUPU PARLAMENTƏ AMNİSTİYA LAYİHƏSİ TƏQDİM EDƏCƏK

Cəmiyyət Materials 1 Avqust 2005 17:24 (UTC +04:00)

Dövlət orqanları nümayəndələri ilə hüquq müdafiəçilərinin birgə işçi qrupunun bu günlərdə keçiriləcək iclasında amnistisiya layihəsinə rəy veriləcək. Bu barədə Trend ə işçi qrupunun üzvü, hüquq müdafiəçisi Murad Sadəddinov məlumat verib. O, bildirib ki, amnistiya ilə bağlı hüquq müdafiəçiləri tərəfindən layihə hazırlanıb işçi qrupuna təqdim olunmuşdu.

Avqustun 2-si, yaxud 3-də keçirilməsi gözlənilən iclasda həmin layihəyə dövlət orqanları nümayəndələri tərəfindən rəy veriləcək. M.Sadəddinovun sözlərinə görə, işçi qrupunda təmsil olunan Prezident Aparatının, Milli Məclisin nümayəndələrinin layihəyə müsbət rəy verəcəyi təqdirdə sənəd qəbul olunacaq və müzakirəyə çıxarılması üçün parlamentdə təqdim ediləcək.

M.Sadəddinov bildirib ki, amnistiya layihəsini hazırlayanlardan biri işçi qrupunun üzvü, Milli Məclisin dövlət quruculuğu və hüquqi siyasət daimi komissiyasının sədri Əli Hüseynovdur: "Ona görə də ölkədə amnistiya tətbiq olunması ilə bağlı Milli Məclisin nümayəndələri tərəfindən narazılıq və ciddi bir problem yoxdur.

Hüquq müdafiəçiləri də parlament tərəfindən amnistiya verilməsi ilə bağlı qanun qəbul edilməsinin tərəfdarıdır. Növbəti iclasda Prezident Aparatının rəsmi şəxslərinin bu məsələyə dair münasibəti bilənəcək"-deyə hüquq müdafiəçisi bildirib.

M.Sadəddinov onu da qeyd edib ki, işçi qrupunun iclasında onlara edilmiş şikayətilər, müraciətlər barədə məsələ qaldıracaqlar. Onun sözlərinə görə, bu şikayətlər əsasən, imtahanlarda problemlərlə üzləşən vəkillərdir.

Xəbər lenti

Xəbər lenti