Qahirədə keçirilən dünya çempionatında 9-cu yerə layiq görülmüş cüdoçu Mövlud Mirəliyev (100 kq) mükafat uğrunda mübarizəni davam etdirə bilər.
Trend in məlumatına görə, atletimiz mundial proqramını başa vuracaq absolyut çəki dərəcəsində çıxış etmək niyyətindədir. Çempionatın cədvəlinə əsasən, M.Mirəliyevin bəxtini bir daha sınamaq hüququ var. Bundan başqa, Ağayar Axundzadənin rəhbərlik etdiyi məşqçi qərargahı Mövlud Mirəliyevə mükafat qazanmaq üçün daha bir şans vermək niyyətindədir.
Qeyd etmək lazımdır ki, artıq cüdoçumuzun bu çəki dərəcəsində çıxış etmək təcrübəsi var, belə ki, məhz absolyut dərəcə 2003-cü ildə Osakada keçirilmiş dünya çempionatında ona bürünc medal qazandırıb.