...

9 BEYNƏLXALQ TELEKANAL "AZƏRBAYCAN ANTİTERROR KOALİSİYASINDA" ADLI MÜŞTƏRƏK FİLM ÇƏKİB

Cəmiyyət Materials 23 Sentyabr 2005 20:11 (UTC +04:00)

9 beynəlxalq telekanal (ABŞ, Fransa, İtaliya, Yaponiya, İngiltərə, Səudiyyə Ərəbistanı və s.) "Azərbaycan antiterror koalisiyasında" adlı müştərək film çəkib. Bu barədə Trend ə Terrorizmə və korrupsiyaya qarşı "Bank-informasiya" strateji araşdırmalar mərkəzinin direktoru, politoloq Rövşən Novruzoğlu məlumat verib.

Filmdə azərbaycanlıların terrora qarşı prinsipial mövqeyi əks olunur, həmçinin Dağlıq Qarabağda erməni terroru məsələsinə də toxunulur. R.Novruzoğlu onu da bildirib ki, filmdə Azərbaycanın Prezidenti İlham Əliyevin, ABŞ Prezidenit Corc Buşun, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də beynəlxalq terrorizmlə bağlı müsahibələri yer alıb.

Dağlıq Qarabağda terrorizm və narkotiklərlə bağlı geniş müsahibə verənlərdən biri də Rövşən Novruzoğlu olub. "Müsahibəmdə Dağlıq Qarabağda erməni terror düuşərgələrinin adını çəkmişəm, narkoplantasiyaların yerini xətirələrlə göstərmişəm, kimyəvi və bakterioloji laboratoriyalar haqqında məlumat vermişəm. Azərbaycan meşələrinin, ekoloji sərvətinin ermənilər tərəfindən terror məruz qalması haqqında geniş danışmışam. Erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğunu qeyd etmişəm".

Politoloqun sözlərinə görə, təxminən noyabr ayının sonlarından, dekabr ayının əvvəllərindən etibarən film dünyanın 24 ölkəsində nümayiş etdiriləcək.

"Qeyd edim ki, filmin yaradıcı qrupu bir qədər əvvəl "Səddam Hüseyn" adlı film də çəkib və həmin film dünyanın 61 ölkəsində uğurla nümayiş etdirilib. Ümumiyyətlə, yaradıcı qrupun çəkdiyi filmlərin mövzuları siyahısına beynəlxlaq terrorizm, narkotiklər və uşaq alveri daxildir" - deyə R.Novruzoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti