...

Respublika Antidopinq Komissiyası Hüsaməddin Rəcəbov və Nicat Şıxəlizadənin problemini nəzərdən keçirir

Cəmiyyət Materials 21 Dekabr 2005 11:51 (UTC +04:00)

Yunan-roma idman növü üzrə güləşçi Hüsaməddin Rəcəbov və cudoçu Nicat Şıxəlizadənin orqanizmindən qadağan olunmuş preparatların izlərinin aşkar olunması ilə bağlı məsələyə dekabrın 23-də Respublika Antidopinq Komissiyasının iclasında baxılacaq.

Trend in xəbər verdiyi kimi, forumda bu problemi araşdıracaq Federasiyaların nümayəndələri, məşqçilər və həkimlər iştirak edəcək. Həmçinin, iclas zamanı yığmaların məşqçilərinin məruzələri, idman sahəsində fəaliyyət göstərən həkimlərin Azərbaycan futbolunda xüsusilə aktual olan mövzuya fikirləri dinləniləcək.

Xatırladaq ki, H.Rəcəbovun dünya çempionatından sonra keçdiyi təkrar dopinq testi müsbət nəticə versə də, N.Şıxəlizadənin test nəticələri ürəkaçan deyil.

Xəbər lenti

Xəbər lenti